Xəbərlər 19.03.2024 22:27 5807

Duman və zəhərli yanma məhsulları sızanaqları ağırlaşdırır

San-Fransisko Kaliforniya Universitetinin alimləri aşkar ediblər ki, meşə yanğınlarının zəhərli yanma məhsulları ilə çirklənmiş havaya məruz qalma sızanaqları pisləşdirir. 

QHT.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarından olan elm adamları sızanaqların yaranmasına səbəb olan amilləri müəyyən etməyə çalışdılar. Temperatur, havanın rütubəti, xəstələrin yaşı və klinikanın iş yükü nəzərə alındıqdan sonra məlum olub ki, meşə ərazilərində baş verən yanğınlar zamanı yaşlıların dəri vəziyyətinin pisləşməsi şikayətləri ilə dermatoloqlara müraciət tezliyi 1,2 dəfə çox olub. Alimlər sızanaqların kəskinləşməsi hallarının havada zəhərli yanma məhsullarının və tüstünün konsentrasiyasının artması səbəbindən daha tez-tez baş verdiyini irəli sürdülər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı