Xəbərlər 23.03.2024 13:05 4925

«Əlilliyi olan insanlar üçün bərabər məşğulluq imkanlarının təmin edilməsi» layihəsi çərçivəsində görüş keçirilib - FOTOLAR

«Əlilliyi olan insanlar üçün bərabər məşğulluq imkanlarının təmin edilməsi» layihə çərçivəsində "İstedadlı Əlillər" İctimai Birliyinin sədri Qubad Qasımov və “Qarabağ-Əlil Döyüşçülər” Futbol Fedarasiyasının sədri Rövşən Quliyevin yaxından iştirakı ilə  SPTM və “Müstəqil Həyat” təşkilatlarının nümayəndələri Əhəd Kazımov və Aydın Xəlilov 17 Mart tarixində “Qarabağ-Əlil Döyüşcülər” futbol federasiyasının ofisində Xırdalan şəhərində yaşayan əlilliyi olan şəxsləri ilə görüş keçirib. 


Qubad Qasımov və Rövşən Quliyev layihənin Xırdalan şəhərində yaşayan əlilliyi olan insanlara planlaşdıran görüşə təşəbbüsü dəstəkləliyiblər. Görüşdə iştirakçılara layihə haqqında məlumat verilib və bu təşəbbüs çərçivəsində hazırlanmış məlumat onlayn broşürləri təqdim olunub. 
Görüşdə Aydın Xəlilov və Əhəd Kazımov əlilliyi olan şəxslərin sosial inteqrasiyasının vacibliyini vurğulayaraq bu sahədə vəziyyətin yaxşılaşdırılması yollarını müzakirə ediblər. Aydın Xəlilov Xırdalanda əlillərlə görüşdə Azərbaycanda bu kateqoriyadan olan əhalinin həyat və iş şəraitinin yaxşılaşdırılmasına yönəlmiş mühüm təşəbbüs və təkliflərlə çıxış edib. Aydın Xəlilovun ilk təklifi dəstək qruplarının yaradılması ilə bağlı idi. Bu qruplar əlilliyi olan insanların icmasının güclənməsinə, təcrübə mübadiləsinə, bir-birinə dəstək olmasına və problemlərin birgə həllinə əhəmiyyətli töhfə verə bilər.
Digər təklif isə əlillər arasında əmək hüquqları ilə bağlı maarifləndirmə işinin aparılmasıdır. Buraya əlilliyi olan şəxslərin əmək bazarında bərabər imkanlara təminat verən qanunvericilik aktları, habelə onların sosial və peşə adaptasiyasına yönəlmiş proqramlar və fəaliyyətlər barədə məlumatlandırılması daxildir.
"İstedadlı Əlillər" İctimai Birliyinin sədri Qubad Qasımov və Azərbaycanda ilk dəfə amputant əlilliyi olan şəxslərin futbolu yaratmış “Qarabağ-Əlil Döyüşçülər” Futbol Fedarasiyasının sədri Rövşən Quliyev qeyd ediblər ki, bu tipli görüşlərə dövlət qurumlarının və media nümayəndələrinin dəvət olunması bu sahədə dəyişikliklərə böyük fayda gətirəcək.
Tədbirin sonunda iştirakçılar Azərbaycanda sosial həssas qrupların nümayəndələrin məşğulluğu ilə bağlı “Destekolaq.az” veb-saytı  ilə də tanış olublar və əlilliyi olan şəxslərin dəstəklənməsinə yönəlmiş sosial layihələrin inkişafına ümidvar olduqlarını bildiriblər.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı