Xəbərlər 27.03.2024 09:52 2079

"İnanmıram ki, Solovyov və onun kimilərin davranışları iki dövlət arasında siyasi, mədəni və başqa sahədə mənfi təsirləri olsun" - QHT sədri

Rusiyada törədilən terror hadisələri ilə bağlı bəzi şəxslər Azərbaycan əleyhinə kampaniyalar aparır. 

QHT.az Rusiya və Azərbaycan arasında yaşanan terror hadisələri, bu hadisələrin siyasi və mədəni münasibətlərə olan təsiri, Vladimir Solovyov kimi tanınmış bir şəxsin bu hadisələrlə bağlı ifadə etdiyi mövqeyi haqqında Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün fikirlərini alıb. QHT sədri bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkədir, uzun illər, hətta əsrlər erməni terrorundan əziyyət çəkmişik, çəkirik də: "Terrorizmin hər növünə, mövcudiyyətinə, hər cür terrorçuluq fəaliyyətinə qarşıyıq, bunu pisləyirik. Rusiyada baş verən terror hadisəsini də Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyev başda olmaqla, dövlət rəhbərliyində olan şəxslər pislədilər, açıqlamalar verdilər. Hətta bu hadisəni ilk pisləyənlərdən, Rusiya prezidenti ilə əlaqə saxlayan birinci şəxslərdən biri elə İlham Əliyev idi. Bu Rusiyada olan hadisəyə münasibətimiz idi. Azərbaycan xalqı da İlham Əliyevin qismində bu hadisəni pisləmiş oldu. Azərbaycan terrorizmə qarşı sərt və qətiyyətlə mübarizə aparan ölkədir"

Mübariz Göyüşlü inanmır ki, Solovyov və onun kimilərin davranışları iki dövlət arasında siyasi, mədəni və başqa sahədə mənfi təsirləri olsun: "Rusiya dövlət başçısı, rus xalqı da Azərbaycanın münasibətini gördü. Bu hadisədə nə hər hansı Azərbaycanlıların iştirakından, nə Azərbaycan dövlətinin bu və ya digər şəkildə bağlantısından, nə Azərbaycana aid təşkilatın iştirakından söz getmir. Mənfi təsir edəcəyinə inanmıram. Bəzi erməni teleqram kanalları fake məlumatlar yayırlar. Bunlar yalan informasiyalardır, həqiqəti əks etdirmir. İki ölkə arasındakı münasibətlərə təsir edə bilməz. Rusiya belə həssas məqamda kimin doğru, kimin yalnış olduğunu müəyyən edə biləcək qədər güclü və uzaqgörən siyasi liderlərə malikdir. Həmin liderlər Azərbaycanla münasibətləri pisləşdirməzlər. Qeyd edim ki, Rusiya həm də Azərbaycanın müttəfiqidir. Bizim bəyannaməmiz var. Cənubi Qafqazda Rusiya ilə normal müttəffiqlik, qonşuluq münasibətləri yürüdən ən aparıcı ölkə elə Azərbaycandır".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı