Xəbərlər 27.03.2024 10:07 1182

"Solovyovun Azərbaycana qarşı çıxışı qərəzdən başqa bir şey deyil" - Fuad Hüseynzadə

"Azərbaycan uzun illər terrordan əziyyət çəkib. Buna görə də Azərbaycan istər daxili, istərsə də beynəlxalq olaraq terrorizmə qarşı mübarizə aparır. Eyni zamanda, terrorizmə qarşı beynəlxalq mübarizə tədbirlərində daima ölkəmiz fəaldır. İndi belə bir məqamda Solovyovun Azərbaycana qarşı çıxışı qərəzdən başqa bir şey deyil".

QHT.az xəbər verir ki, bunu Xalqcəbhəsi.az-a açıqlamasında. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. O, bildirib ki, Solovyovdan belə bir açıqlama gözləniləndir: "Çünki o, dəfələrlə ölkəmizə qarşı əsassız və böhtan xarakterli çıxışlar edib. Artıq Solovyov özünə jurnalistlik əvəzinə təxribatçı imici yaradıb. Onun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyinin də heç bir əsası yoxdur. O, bu kimi çıxışlarla ölkələrarası münasibətlərə zədə vurmağa çalışır. Azərbaycan hər zaman terroru pisləyib. “Crocus City Hall” konsert zalında törədilmiş terroru da Azərbaycan dövləti və xalqı pisləyir".

Əli


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı