Xəbərlər 27.03.2024 11:40 1589

Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır - QHT sədri

Rusiyada  “Crocus City Hall”da törədilən terror aktı bu mövzunu yenidən gündəmə gətirib. Hazırda bir çox dövlətlər belə qanlı hadisələrdən sonra təşviş içərisindədirlər. Əslində hər zaman terrorizm dünya üçün dəhşətli olub. Terrorizmin qarşısının alınmasına dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır. Baxmayaraq ki, bu gün heç bir ölkə terrordan sığortalanmayıb, ancaq təəssüflə qeyd etməliyik ki,  terrora, separatizmə  birbaşa və yaxud  dolayısı ilə dəstək verən qüvvələr var. 
Bu barədə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib: 

" Hazırda  dünyanın xeyli hissəsi sabitlik və  terror dilemması qarşısında qalıb desək yanılmarıq. Hətta bəzi qüvvələr siyasi və hegemon maraqları naminə  yüzlərlə, minlərlə  dinc insanın qətlinə bais olaraq  bu cinayət prosesində yaxından iştirak edirlər. 
 

Açı reallıqdır ki,  terrorizmə  fərqli münasibət olub. Vaxtılə  işğal dövründə Qarabağda və ümumilikdə Ermənistanda, həmçinin  Yaxın Şərqdə  mövcud olan terror şəbəkələrinə münasibətdə ABŞ-la Rusiyanın  mövqeyləri üs-üstə düşürdü.  Hətta   o zaman  ABŞ  Dağlıq Qarabağdakı separatçı rejimə  dövlət yardımları ayırırdı. Həmin vəsaitlər   humanitar dəstək adı altında terrorda birbaşa rolu və iştirakı olan  rejim başçılarına çatdırılırdı.
 

Nəhayət Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində böyük terror şəbəkəsinin belini qırdı. Bu qalibiyyət yalnız tarixi torpaqlarımızın azad olunması deyil, həmçinin kök salmış dünyanın bir çox ölkələrindən dəstək alan  erməni terror şəbəkəsinin belinin qırılması deməkdir. Amma bu gün heç kim zəmanət verə bilməz ki, həmin şəbəkə yenidən ortalığa çıxmayacaq. 
 

Taleyin hökmüdür, hansısa məntiqi proseslərin nəticəsidir onu demək çətindir. Amma bir zəruri məqam  ortadadır ki, terrora bütün vasitələrlə dəstək olan supergüclər, ABŞ və Rusiya  özləri müxtəlif zaman kəsiyində qanlı hadisələrin qurbanına çevriliblər.  2001-ci il 11 sentyabrda ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları, ötən həftə Rusiyada  “Crocus City Hall”da törədilən qanlı hadisələr və digərləri bir daha sübut edir ki, heç bir ölkə terrorizmdən sığortalanmayıb. Terrorizmin və digər terrorçu qruplarında sonunu yaxınlaşdırmaq  hələki real görünmür.
 

Bəs dünyanın belə çalxalanan vaxtında biz nə etməliyik?
Biz daha da  güclü olmalıyıq.  Təbliğatımızı daha innovativ üsullarla qurmalıyıq. Yalnız  müəyyən dövr  üçün deyil,  hər zaman erməni məsələsini və ümumilikdə terrorizmi araşdıran, ermənişünaslıqla  məşğul olan  beyin mərkəzləri daha geniş fəaliyyət göstərməlidir. Aparılan çox məntiqli  tədqiqatlar vasitəsilə  informasiya müharibəsində  yardımçı olmalıyıq. Bu başqa  və geniş bir mövzu olsa da onu qeyd etmək istərdim ki,  əhalinin rifah halının yüksəlməsi, idarəetmə sisteminin modenləşməsi üçün ölkə daxilində fundamental islahatlar start götürməlidir. "


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı