Xəbərlər 27.03.2024 15:39 2023

Gəncədə qadınlar üçün nəzərdə tutulmuş təşəbbüsün icrası davam edir - FOTOLAR

“Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ilin noyabr ayından etibarən “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsünün icrasını  həyata keçirir.

Təşəbbüsün rəhbəri Kubra Ələkbərova bildirdi ki, təşəbbüs zorakılığa məruz qalmış qadınlar üçün keyfiyyətli peşə və sosial sahibkarlıq bacarıqlarının artırılması ilə DİM 4, DİM 5 və DİM 8 hədəflərini əhatə edir: "Təşəbbüsün əsas benefisiarları, əsasən Gəncə şəhəri və ətraf regionlardan olan və iqtisadi imkanları məhdud 18-40  yaş arası qadınlardır. Təşəbbüs çərçivəsində təşkil olunan dərzi kurslarına 15 qadın cəlb edilib. Peşə bacarıqları ilə yanaşı, onların sosial bacarıqlarını inkişaf etdirmək məqsədilə Şəxsi inkişaf və Maliyyə savadlılığı təlimləri də təşkil edilir. Həmçinin qadınların istehsal etdiyi tekstil məhsullarının hazırlanması və potensial korporativ müştərilərə nümayişinin təşkil edilməsi üçün müxtəlif məkanlarda sərgi və B2B görüşləri də həyata keçirilir".

Kübra Ələkbərova həmçinin qeyd edir ki, təşəbbüsün cəmiyyətə verdiyi əlavə dəyər həssas qadınların işlə təmin olunması, onlarda iqtisadi müstəqilliyin qazanılması, sahibkarlıq düşüncə tərzi və bacarıqların inkişaf etdirilməsi, regionda zorakılığa məruz qalmış qadınlara reabilitasiya, peşə və iş imkanlarının təşkil olunmasından ibarətdir: "Qeyd edək ki, təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı