Xəbərlər 27.03.2024 15:50 1375

500-dən çox uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələri və ixtisaslaşmış sosial xidmət mərkəzləri vasitəsilə yanvar-fevral aylarında 500-dən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.

 

Onlardan 356 uşaq Agentliyin müəssisələrində stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edilib. Əlilliyi olan 149 uşaq isə qurumun ixtisaslaşmış sosial xidmət mərkəzlərində yarımstasionar sosial xidmətlərə cəlb edilib.

 

Son iki ayda həmçinin qurumun sosial sifarişləri əsasında 2 600 nəfər əlilliyi olan uşağın asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər də təşkil olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı