Xəbərlər 27.03.2024 21:37 1784

“Solovyovun bu terrorda Azərbaycan izlərini axtarmaq cəhdi ermənipərəst təəssübkeşliyindən qaynaqlanır” – QHT sədri

“Rusiyadan olan teleaparıcı, jurnalist Vladimir Solovyovun səsləndirdiyi bəzi qeyri-ciddi açıqlamalar, əslində isə erməni dostlarına xoş gəlmək üçün etdiyi sərsəmləmələridir. Bütün fəaliyyətini erməni sevgisi üzərində quran, erməni ağzı ilə danışan bu zata elə onun anlaya biləcəyi dildən cavab vermək istəyirəm. İstər torpaqlarımız işğal altında qaldığı illərdə, istər 44 günlük Vətən savaşı günlərində, istərsə də müharibədən sonra yatıb-qalxıb Azərbaycanı hədəfə alan bu zatın hər belə “qəhrəmanlığı” ilə ermənilərdən növbəti “molodes”, kim bilir, bəlkə heç də tək “molodes” deyil, həmçinin başqa nələrsə almaq üçün necə oyun çıxardığının hər kəs şahidi olub”.

Bu fikirləri "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri Nadir Azəri QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hər addımda ermənilərə züy tutan, “erməni müsiqiləri”ni SOLOda “ifa edən” bu adam yuxularını belə ermənicə görür desək heç də yanılmarıq: “Mətbuat Şurasının məsələ ilə bağlı qəbul etdiyi bəyanatda da deyildiyi kimi, “məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Vladimir Solovyovun bu terrorda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı