Xəbərlər 28.03.2024 12:27 2097

“Əhalinin tibbi xidmətlərə əl çatımlılığı” ilə bağlı sorğunun nəticələri müzakirə olunub - FOTOLAR

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən icra edilən “Əhalinin səhiyyəyə əl çatanlılığı layihəsi çərçivəsində fokus qrup görüşü keçirilib. Online keçirilən fokus qrup müzakirəsində blogerlər, vətəndaş cəmiyyətinin və QHT-lərin tanınmış simaları iştirak edib.  Fokus qrup müzakirəsi zamanı 300 nəfər respondent arasında əhalinin stibbi xidmətlərdən yararlılıq səviyyəsi ilə bağlı verilmiş sualların cavabları tədbir iştirakçılarına təqdim olunub.

QHT.az xəbər verir ki, təqdimatı təqdim edən layihə rəhbəri Vüsalə Hüseynli qeyd edib ki, 300 respondent arasında keçirilmiş sorğuda 20 sual yer alıb: "Sorğuda iştirak edən respodentlərimizdən 83,1 faizi təhsilli, 11,3 faizi təhsilsiz, 5,6 faizi isə natatmam ali təhsilli olub: “Sorğuda iştirak edənlərdən 87,3 faizi məşğul əhali, 12,7% isə işsizlər olub.  İcbari Tibbi Sığorta barədə məlumatlılıq səviyyəsinə aid suala  93,7 faiz  iştirakçı bəli, 6,3 faiz respondent isə xeyr cavabı verib. “İcbari Tibbi Sığortadan istifadə etmisinizmi sualına – 42,3 faiz istifadə etmədiyini, 29,6 faiz İTS-dan bir dəfə istifadə etdiyini, 25,4 faizi isə bu xidmətdən bir neçə dəfə istifadə etdiyini qeyd edib. Sorğuda qeyd olunan müsbət  cəhətləri kimi,  İTS-nın bir çox xidmətləri əhatə etməsi, özəl klinikalarda baha qiymətə olan analizlərin və müayinələrin bir çoxunun dövlət xəstəxanalarında İTS ilə ödənişsiz olması qeyd olunub.  Müsbət məqamlarla bərabər insanlar İTS istifadə zamanı ortaya çıxmış  müəyyən problemləri də qeyd ediblər. Bunlar isə bu xidmətlərdən istifadə zamanı yaranmış uzun növbələrdir. Növbənin elektronlaşmaması, həkim personalının bəzilərinin savad dərəcəsinin yetərli olmaması, Xidmətlərlə bağlı icbari tibbi sığorta kartlarının təqdim olunması və s kimi narazı qalınan məqamlarda sorğuda yer alıb”. Layihə rəhbəri qeyd edib ki, qiymətləndirmə hesabatının nəticəsi olaraq, respodentlər tərəfindən qeyd olunan təkliflər hər biri hesabata əlavə edilərək, lazımı qurumlara təqdim olunacaq".   

Layihə rəhbəri Vüsalə Hüseynli həmçinin qeyd edib ki, fokus qrup müzakirəsi zamanı İcbari Tibbi Sığorta Agentliyinin, TƏBİB-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətləri və əhaliyə verdikləri xidmətlərlə bağlı  təqdimat edilib: "Təqdimatdan sonra əhalinin bu xidmətlərdən istifadəsi üçün yaradılmış şəraitin müsbət və mənfi tərəfləri müzakirə olunub. Tədbirdə çıxış edən QHT-nin tanınmış simaları Əliməmməd Nuriyev, Hafiz Həsənov, Cəsarət Hüseynzadə, Məleykə Əlizadə, Məhluqə Qaramanlı və s  simalar təqdimatın nəticələri barədə fikir bildirrərək,  öz təkliflərini irəli sürüblər. Təqdim olunan sorğu və təqdimatın nəticələri ictimai birlik tərəfindən hazırlanan  qiymətləndirmə hesabatında  istifadə olunacaq".

Qeyd edək ki, layihənin əsas məqsədi  ölkəmizdə fəaliyyət göstərən tibbi xidmətlərdən əhalinin istifadəsi ilə bağlı nəticələrin ölçülməsidir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı