Xəbərlər 28.03.2024 13:48 1320

Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin doğum günüdür

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli 1994-cü il martın 28-də Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2013-cü ildən etibarən isə DSX tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Azər Yusifli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 21 oktyabr tarixində Zəngilan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Azər Yusifli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı