Xəbərlər 28.03.2024 22:10 1397

QHT ətraf mühitin mühafizəsi və abadlaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirir- FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin könüllülük proqramı çərçivəsində gənclərdə sosial məsuliyyət hissinin artırılması, ətraf mühitin mühafizəsi və abadlaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirilir.

QHT.az xəbər verir ki, bu məqəsədlə Qarabağ regionu üzrə könüllülərin iştirakı ilə Ağgöl Milli Parkında təmizlik aksiyası keçirilib, ağaclara qulluq göstərilib və yeni ağaclar əkilib. Həmçinin könüllülərə tullantıların toplanaraq çeşidlənməsi, yenidən emal edilərək dekorativ tətbiqi sənət nümunələrinin hazırlanmasında istifadəsi haqqında məlumat verilib.

Şəki-Zaqatala regionu üzrə könüllülər isə "Yaşıl Dünya naminə Həmrəylik İli" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitə qayğı və bioloji müxtəlifliyin qorunması məqsədilə Axar-Baxar silsiləsində yeni yaradılacaq milli parkın ərazisi olan Qanıx çayı vadisində İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriblər.

Həmçinin Şirvan-Salyan regional bölməsi üzrə könüllülərin təşəbbüsü ilə Neftçala rayonunda yeni yaşıllıq zolağı salınıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı