Xəbərlər 28.03.2024 23:21 1718

“İmkan vermək olmaz ki, Azərbaycanla onun qonşuları arasındakı münasibəti kimlərsə vura bilsinlər” – QHT sədri

“Solovyov Rusiya ictimai rəyində kifayət qədər tanınan, ictimai rəyə bu və ya digər formada təsir etməyə çalışan şəxs kimi Azərbaycana qarşı fikirlər səsləndirərkən diqqətli olmalıdır. Bu fikirlərdən onu çəkinməyə çağırıram, şiddətlə pisləyirəm. Bu çıxışlar Rusiya – Azərbaycan münasibətlərinə təsir edə bilməz. Çünki Rusiya dövlətinin siyasətinə o və onun kimilər müəyyən etmirlər”.

Bu fikirləri Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya dövlətinin qarşısına qoyduğu bir xətt, fəaliyyət var və burada Azərbaycanla olan münasibətlər yüksək səviyyədədir və artan xətlə gedəcək: “Solovyovun fikirləri Rusiyaya ziyandır. Çünki Rusiya indiki situasiyada NATO, Avropa ittifaqı, qərb ölkələri tərəfindən blokadaya alınmış situasiyada Azərbaycan, Türkiyə və digər müsəlman, türk ölkələri ilə münasibətlərini yaxşı vəziyyətdə saxlamalıdır”.

Mübariz Göyüşlünün açıqlamalarında terrorun insanlara və cəmiyyətə vurduğu ağrılar vurğulanır, Azərbaycan kimi bir ölkə tarix boyu müxtəlif terror hadisələrinə məruz qalıb və bu hadisələr nəticəsində böyük iztirablar çəkib. Ona görə də Göyüşlünün açıqlamaları Azərbaycan xalqının terrora qarşı nifrətini və qətiyyətini əks etdirir: "Azərbaycan mediası, Azərbaycan jurnalistləri, Azərbaycan QHT-ləri, ictimai siyasi xadimləri, mədəniyyət xadimləri kifayət qədər peşəkar hadisələrin gedişin təhlil edə bilər, savadlı, bacarıqlı, uzaqgörən şəxslərdən ibarətdir, Solovyov və onun kimilərinə qarşı milli mövqeyini ortaya qoya biləcəkdir, ortaya da qoyur. Biz açıqlamaları müşahidə edirik və bu cür təxribata qarşı sərt mövqeyimizi bildirməliyik, bildiririk də. İmkan vermək olmaz ki, Azərbaycanla onun qonşuları arasındakı münasibəti kimlərsə vura bilsinlər. Ermənipərəst şəxsləri isə daim öz etirazımızı bildirməliyik, onları haqq yoluna dəvət etməliyik. Bizdən terrorçu olmaz. Biz heç zaman terror davranışları ilə çıxış edə bilmərik”.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı