Xəbərlər 04.04.2024 14:14 2131

Hafiz Səfixanov minalarla mübarizədə əməkdaşlıq, ağac əkmə kampaniyasından danışdı - AÇIQLAMA

“Tərtərdə silsilə tədbirlər keçirilir. Bu günlə əlaqədar orada artıq ağacəkmə kampaniyası yekunlaşdı. Burada ağacəkmə kampaniyasında ANAMA yanında İctimai Şuranın üzvləri, bəzi qeyri hökumət təşkilatlarının nümayəndələri, Minadan zərərçəkənlər, onların ailə üzvləri, sonra qadın minatəmizləmə komandası üzvləri iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak edirdilər. Təxminən 3300 ağac əkildi və indi tədbirlərin növbəti mərhələsi olaraq Tərtərdə yenə geniş bir tədbir keçiriləcək, bəyanat oxunacaq”.

Bu sözləri Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov QHT.az-a açıqlamasında bildirib. QHT sədri bunun minalarla mübarizənin bir hissəsi kimi dəyərləndirir.

Hafiz Səfixanovun vurğuladığı kimi, Azərbaycanın mina və partlamamış hərbi sursat problemi ciddidir. Hökumət strukturları və qeyri-hökumət təşkilatları bu problemin tez həll olunması üçün birgə çalışırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi bu mübarizədə əməkdaşlığın gərginləşdiyi bir platform kimi fəaliyyət göstərir: “Bütün tədbirlərdə beynəlxalq ictimaiyyətin nümayəndələri, BMT-nin İnkişaf proqramının nümayəndələri, Böyük Britaniyanın Mina məsləhət qrupunun nümayəndələri iştirak edirlər. Bildiyimiz kimi Azərbaycanın Mina və partlamamış hərbi sursat problemi böyükdür. Azərbaycanın həm hökumət strukturları, həm də Qeyri Hökumət Təşkilatları əlindən gələn bütün işləri görürlər ki, bu problem daha tez həll olunsun və Azərbaycan minalardan azad ölkəyə çevrilsin”.

Qeyd edək ki, bu mühitə xüsusi diqqət göstərməklə birlikdə, minalarla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini də vurğulayır və dünya ictimaiyyətinin bu məsələdə birgə fəaliyyəti ilə nəticələrin artırılmasını dəstəkləyir.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı