Xəbərlər 05.04.2024 18:24 2397

Deputat Ermənistanın yeni mütəmadi qarışıqlıqlarından danışdı - VİDEO

“Nikol Paşinyan özünü “bəla içində qalmış bacı” kimi təqdim edərək, onu almaq istəyən hər kəsə öz geosiyasi xidmətlərini təklif edir. Ancaq erməni xalqı Qərbin Ukrayanda göstərdiyi “dəstək”dən dərs çıxarmalıdır”.

QHT.az xəbər verir ki, bu sözləri deputat Kamal Cəfərov bildirib. Onun sözlərinə görə, son altı ayda Ermənistan Azərbaycan sərhədi ən sakit dövrünü yaşayıb, hər iki ölkə arasında müxtəlif formada, həm də parlament səviyyəsində təmaslar olubdur və hazırda Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar: “Ancaq bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüş Qərbin regional sülhlə bağlı səmimi olmamasını, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmaq cəhdini göstərir. Çünki bu görüş qeyri şəffaf hazırlanıb, regional inklüzivliyini nəzərə almayıblar. Görüş qabağı ABŞ prezidenti Co Baydenin mövcud cəhəti fonunda hazırda dövləti de-fakto idarə edən dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək vəziyyəti izah etmək cəhdi İlham Əliyevin qlobal səviyyədə nüfuzunun və regionda Azərbaycanın rəyi nəzərə alınmadan sülh və əməkdaşlığın təmin edilməyəcəyinin göstəricisidir. Blinken cənab Prezidentlə danışığında bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla ticarət əlaqələrinin inkişafına həsr olunduğunu bildirib. Ancaq onun bu izahı heç bir halda ciddi qəbul edə bilməz”.

 

Daha ətraflı videoda:

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı