Xəbərlər 05.04.2024 21:20 3726

Hüquq Sistemində Etik Məsələlər haqqında AÇIQLAMA - Ruslan Mustafazadə

BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin 25 iyul tarixində təsis edilən əlamətdar tarix hər il 5 aprel günü - Beynəlxalq Əxlaq günü kimi qeyd edilir.

Bəs texnologiya və rəqəmsal transformasiyanın inkişaf etdiyi bu yeni mühitlərdə hüquq mütəxəssislərinin üzləşdiyi etik problemlər hansılardır? Hüquq sistemində bu çətinliklərin öhdəsindən gəlmək üçün hansı strategiyalar var?

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin hüquqşünası, Vəkillər Kollegiyasının vəkili Ruslan Mustafazadə QHT.az-a açıqlamasında hüquq sistemindəki etik normların əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, vəkillik, müvəkkil-müdafiəçi münasibətinin təməlində etik normlarla yönləndirilmiş bir hüquq sahəsidir: “Hüquq sistemində müxtəlif sahələr var. Məsələn, məhkəmə, istintaq, digər hüquq mühafizə orqanları, vəkillik və sair. Hər sistemində özünün rəsmən təsdiq edilmiş etik qaydaları var. Mən ancaq vəkillik sahəsində olan etik d.qaydaları haqqında danışa bilərəm çünkü bu sahədə çalışıram və vəkiləm. Bu qaydalar vəkil ilə onun müvəkkili arasında olan etik münasibətləri tənzimləyir. Bu qaydalar Vəkil tərəfindən müştəriyə göstərilən hüquqi xidmətin daha da yüksək səviyyədə olmasına yönlənmişdir. Bu etik qaydaların pozuntusu vəkil barədə intizam icraatının başlanması üçün əsaslardan biridir. Vəkil üçün etik problemlərdən biri konfedisionallığın qorunması və göstərdiyi xidmətin ictimailəşdirilməsi ilə bağlı problemdir. Belə ki vəkil apardığı işdə ictimai maraqı təmin etmək üçün həmin işin bəzi məqamlarını  ictimaiyyətə açıqlaması bununla da ictimaiyyətin dəstəyini almaq istəyi ola bilir.Ancaq qanuna əsasən işin gedişatında həmçinin konfedisionallıq gözlənilməlidir. Bu hal bəzən vəkili müştəri qarşısında pis vəziyyətə qoyur və problemlərə səbəb olur. Müştəri hesab edə bilər ki vəkil lazımı gərək səy göstərmir və bununla etik davranış qaydaların pozmuş olur”.

Digər problemə gəlincə Ruslan Mustafazadə bildirib ki, bəzən törədilən əmələ görə vəkilin müdafiə etdiyi şəxsə qarşı ciddi ictimai qınaq mövcud olur, vəkildə borcludur ki, keyfiyyətli hüquqi yardım göstərmə yolu ilə müdafiə etdiyi şəxsi cəzadan azad etsin: “Bu səbəbdən həmin ictimai qınağın bir hissəsi vəkilə qarşı yönəlir. Belə ictimai qınağın mövcudluğu həmin işdə bütün səylərini ortaya qoymaqdan vəkili yayındıra bilər. Onunla da, vəkil üçün etik davranış problemi yaranmış olur. Ya bütün gücü ilə çalışmağa davam etmək, ya da ictimai qınağdan çəkinərək səyləri azaltmaq lazım olur”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı