Xəbərlər 08.04.2024 18:53 1071

"Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində maarifləndirmə tədbirlərinə başlanıb

İlk belə tədbir Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 

işəgötürənlərin iştirakı ilə Şəkidə təşkil edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində maarifləndirmə tədbirlərinə başlanıb.

 

İlk belə tədbir Şəki–Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən və işçi sayı çox olan işəgötürənlərin iştirakı ilə Şəki şəhərində təşkil edilib.  

 

Tədbirdə Nazirliyin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar barədə məlumat verilib. 

 

Eyni zamanda, iqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsi, iş yerlərinin attestasiyası qaydaları və əmək qanunvericiliyində son dəyişikliklər diqqətə çatdırılıb. İştirakçılar əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədinə xidmət edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumatlandırılıb.

 

Maarifləndirmə tədbirlərinə başlanmasında məqsəd qeyd olunan mövzularda işəgötürənlərin məlumatlılığının, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı