Xəbərlər 17.04.2024 00:00 1115

“YouTube” videolarda reklamları bloklayan proqramları ləğv edəcək

Reklamsız məzmuna üstünlük verən istifadəçilərə YouTube-un pullu versiyasını seçmək təklif olunur.

QHT.az xəbər verir ki, YouTube video platforması reklamsız videolara baxmağa imkan verən üçüncü tərəf proqramlarına qarşı mübarizə aparacaq. Üçüncü tərəf proqramlarından istifadə edən istifadəçilər indi "Aşağıdakı məzmun bu proqramda mövcud deyil" kimi xəta bildirişləri alacaq və ya buferləmə problemi ilə üzləşəcək.

Qeyd olunur ki, reklamsız məzmuna üstünlük verən istifadəçilərə YouTube Premium-u seçmək təklif olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı