Xəbərlər 17.04.2024 08:55 2091

Uşaqların Hüquqlarının Qorunması: Ailə Mübahisələrində Mediasiyaya Verilən Əhəmiyyət

Ailə mübahisələrində uşaqların hüququnun qorunmasında mediasiyanın rolu əvəzsizdir.

Boşanan bir cütlüyün, uşağın kimin himayəsində qalması və onunla ünsiyyətə dair məhkəmə prosesində, tərəflərin mübahisəsi zamanı hakim əvvəl anaya sual verir ;

-Siz öğlunuzu çoxmu sevrsiniz?

-Bəli möhtərəm hakim!

Sonra ataya sual verir.

-Bəs Siz öğlunuzu çoxmu sevirsiniz?

Əlbəttə , möhtərəm Hakim! Ata ana övladını sevməyə bilərmi? - deyə ata cavab verir.

Hakim deyir ki, ancaq mən sizin oğlunuzu heç sevmirəm. Hətta nəinki sevmək , onu ümumiyyətlə tanımıram və necə uşaq olduğunu , nə istədiyini, valideynlərindən hansı ilə qalsa daha xoşbəxt olacağını bilmirəm. Bütün bunları siz məndən daha yaxşı bilirsiniz.

O üzdən , sizcə mənim verəcəyim qərar nə dərəcədə düzgün və ədalətli ola bilər? Sözsüz ki, hüquqi cəhətdən bu səlahiyyət mənə verilib. Ancaq istənilən halda hesab edirəm ki, övladınızın xoşbəxt böyüməsi üçün ən ideal qərarı siz özünüz verə bilərsiniz. Tövsiyyə edirəm ki, burada mübahisə etməkdənsə yenidən mediasiyaya müraciət edib övladınız üçün xeyirli olana özünüz qərar verəsiniz. Məncə bir uşaq üçün ən ədalətli qərarı onun valideynləri verə bilər.

 

Südabə Məmmədova

Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı