Xəbərlər 19.04.2024 18:29 4775

Yeni Qrant Müsabiqəsi ilə bağlı Aygün Əliyevadan AÇIQLAMA

“Biz düşünürük ki, beynəlxalq tərəfdaşlarla koalisiya şəklində müraciət etmək imkanı yaradan bir qrant müsabiqəsi elan edək” QHT.az xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Real TV -ə müsahibəsində bildirib.

İcraçı direktor qeyd edib ki, Agentliyin təşkilat komitəsində təmsil olunması bizim üçün çox qürurverici bir hadisədir və ilk dəfədir ki, belə bir nüfuzlu təşkilat komitəsində həm də Azərbaycanın qeyri-hökumət təşkilatları təmsil olunur.

“Biz fəaliyyətləri preCOP dövrü və COP dövrü olaraq iki mərhələyə bölürük. Artıq preCOP dövrü ilə bağlı müəyyən hazırlıqlar başlayıb. Bizim qeyri-hökumət təşkilatlarının müxtəlif təşəbbüsləri var, ekoloji aksiyalar keçirilir, müəyyən koalisiyalar yaradılır və eyni zamanda Agentlik çox qısa zamanda COP-la bağlı qrant müsabiqəsinin elanına hazırlaşır.

Ekoloji mövzular Agentliyin fəaliyyət istiqamətində həmişə xüsusi bir yer tutub. 2024-cü ilin qrant müsabiqəsində də ekoloji layihələrə çoxsaylı müraciətlər var idi. Amma COP-la bağlı biz düşünürük ki, beynəlxalq tərəfdaşlarla koalisiya şəklində müraciət etmək imkanı yaradan bir qrant müsabiqəsi elan edək.Həmçinin COP-a qədər ölkədə qeyri-hökumət təşkilatlarının, müxtəlif maraqlı tərəflərin də iştirakı ilə beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.

COP dönəmində də fəaliyyət üçün QHTlərdən artıq bizə müəyyən təkliflər gəlir. Onlar müxtəlif yan tədbirlər həyata keçirmək istəyirlər. Bu prosesin özündə də aktiv iştirak əsas məqsədlərdən biridir. Artıq Təşkilat Komitəsinin səlahiyyətləri çərçivəsində biz çalışacağıq ki, bizə gələn bütün QHT təşəbbüslərinin COP-da nümayiş olunmasına şərait yaradaq”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı