Xəbərlər 23.04.2024 10:31 1149

Xankəndidə daha 8 qumbara tapıldı

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.

 

QHT.az bildirir ki,  bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı