Xəbərlər 27.05.2025 13:44 105

Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 78 nəfərlə bağlı qiymətləndirmə aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq, Agentliyin əməkdaşları cəzaçəkmə müəssisələrində növbəti görüşlər keçiriblər.

8,9,10,11,12,13 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza müddətinin sonuna az qalmış məhkumlarla keçirilən görüşlərdə iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib.

 

“İnsan hüquqlarının müdafiəsi” mövzusunda təqdimat edilib və məhkumları maraqlandıran suallar cavablandırılıb.

Bildirilib ki, Agentliyin mütəxəssisləri məhkumluqdan azad olunan şəxslərin ailələrinə səfərlər edir, onların qiymətləndirməsini aparır və nəticəyə uyğun olaraq sosial-psixoloji, həmçinin sosial reabilitasiya yönümlü digər müvafiq xidmətlərlə təmin olunmalarında dəstək göstərirlər.

Görüşlərdə cəzaçəkmə müddətinin bitməsinə üç ay müddət qalmış 78 məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib.

 

Həmin şəxslər azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər.

 

 

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı