"Ekspert Rəyi" verilişində vətəndaş cəmiyyəti və ictimai iştirakçılığa həsr edilmiş müzakirələr - VİDEO
Dost TV-də yayımlanan "Ekspert rəyi" verilişi bu dəfə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları (QHT-lər) mövzularına həsr olunub.
QHT.az xəbər verir ki, aparıcı Şahin Əliyevin təqdimatında verilişdə vətəndaş cəmiyyətinin mahiyyəti, QHT-lərin fəaliyyəti, ictimai şuraların rolu və bu sahədə mövcud problemlər müzakirə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şuranın rəhbəri Elşad Məmmədov və İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseyinzadə verilişin qonaqları olublar.
Elşad Məmmədov: "Son illər ərzində ƏƏSMN yanında ictimai şuranın kifayət qədər iri həcmli işlərin görüldüyünün şahidi olduq. Əgər dövlət qurumu ictimai iştirakçılıqla əməkdaşlığa hazırdırsa, kommunikasiya açıqdırsa, burada təbii olaraq effekt də yüksək olacaqdır. Bu o demək deyil ki, hər şey dövlət qurumundan asılıdır. Həmin o ictimai təmsilçilikdə olan peşəkarlıq və məsələyə yanaşma da fərqli məqamlar və ictimai nüfuz da nəzərə alınır."
Cəsarət Hüseyinzadə: "İctimai şuralar vətəndaş iştirakçılığının ən vacib funksiyasını həyata keçirən qurumlardan biridir. İctimai şura özü özlüyündə dövlət qurumları yanında ictimaiyyətin nümayəndəlik institutudur. Bunun elmi və fəlsəfi adı belədir. Nümayəndəlik istənilən vaxt müvafiq dövlət qurumuna çıxış imkanı var. Bu, üstün bir formadır."
Qeyd edək ki, verilişdə müzakirə olunan mövzular və verilən açıqlamalar, vətəndaş cəmiyyətinin rolunu daha yaxşı anlamağa və ictimai iştirakçılığın vacibliyini vurğulamağa kömək edir. Verilişdə vətəndaş cəmiyyətinin gücləndirilməsi və dövlət qurumları ilə daha sıx əməkdaşlığın təmin edilməsi məsələlərindən də söz açılıb.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı
QHT.az