UNEC Xanım Tədqiqatçılar Şurası Avropada Elmi Tədqiqat Proqramı elan edir!
Xanım Tədqiqatçılar Şurası və Macarıstanın Obuda Universitetinin Keleti Karoly Biznes və Menecment Fakültəsi arasında elmi əməkdaşlıq çərçivəsində UNEC-in xanım professor-müəllim heyəti və tədqiqatçıları üçün bir aylıq elmi tədqiqat proqramına müraciətlərin qəbuluna start verilib.
QHT.az imkanları təqdim edir:
- 1 aylıq ödənişsiz və tam şəraitli yataqxana;
- Kitabxana və ofis;
- Macar və beynəlxalq professorlarla elmi şəbəkələşmə imkanı;
- Tədqiqat dövründə elmi rəhbər dəstəyi;
- Birgə həmmüəllifliklə məqalə yazmaq imkanı;
- Macarıstanda beynəlxalq konfrans və seminarlarda iştirak etmək imkanı.
Tələblər:
- Fəlsəfə doktoru elmi dərəcəsinə malik olmalı;
- B2 səviyyəsində akademik ingilis dili bacarığı və s.
Son müraciət tarixi: 20 dekabr, 2024-cü il.
Təqaüd proqramı haqqında ətraflı: https://unec.edu.az/.../unec-xanim-tedqiqatcilar-surasi.../