Xəbərlər 10.12.2024 16:17 885

BDU-nun dosenti Novruzə Adilova vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib.

QHT.az xəbər verir ki, Novruzə Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda anadan olub. O, Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib, 1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparıb, “Beynəlxalq valyuta-kredit münasibətləri”, “Beynəlxalq investisiyalar” və “Azərbaycanın xarici iqtisadi əlaqələri” fənlərini tədris edib.

Allah rəhmət eləsin!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı