TikTok-da yeniyetmələrin psixikasını pozan təhlükəli "ritual" oyunu var, psixoloq deyir
Uşaqlar trans vəziyyətinə düşürlər, sonra isə hallüsinasiyalardan əziyyət çəkirlər.
QHT.az xəbər verir ki, Çində TikTok sosial şəbəkəsində yeniyetmələr üçün təhlükəli sayılan hipnozla əlaqəli bir oyun yayılıb. Psixoloq Oksana Qluşçenko bu barədə xəbərdarlıq edib. O, bildirib ki, videolarda gözləri bağlı uşaqlara suallar verilərək onları trans vəziyyətinə salan ritual aparılır. Bu proses panik atak, halüsinasiya və oriyentasiya pozuntularına səbəb ola bilər. Qluşçenkonun sözlərinə görə, belə oyunlar yeniyetmələrin zəngin təxəyyül və həssas psixikasına mənfi təsir göstərərək psixi xəstəlikləri təhrik edə bilər.
O, həmçinin qeyd edib ki, yeniyetmələr bloqqerlərə kor-koranə inandığı üçün bu trendləri təqlid edirlər. Qluşçenko uşaqların populyar tendensiyalara yox deməyi, ictimai təzyiqlərdən uzaq durmağı və təhlükəni vaxtında dərk etməyi bacarmalı olduğunu bildirib.
R.İmanov