Xəbərlər 20.06.2025 12:52 70

QHT sədri məcburi köçkün qadınların sosial dəstək proqramlarından danışdı - AÇIQLAMA

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az-a verdiyi açıqlamada məcburi köçkün qadınların və uşaqların cəmiyyətə inteqrasiyası və rifahı üçün müxtəlif sosial proqramların genişləndirilməsinin vacibliyini vurğulayıb.

QHT sədri qayıdış prosesində insanların doğma yurda sağlam və təhlükəsiz qayıtması üçün psixoloji dəstəyin faydalı olacağını qeyd edərək, qayıdış dövrü üçün icmaların səfərbər olunmasının, qadınların və gənclərin psixoloji bacarıqlarının artırılmasının vacibliyini bildirib:

"Məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi,  onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün vergidə güzəştlərin olması,faizsiz kreditlərin verilməsi onların cəmiyyətə inteqrasiyasını asanlaşdırar. Məcburi köçkün qadınların və uşaqların  cəmiyyətə inteqrasiyası və rifahı üçün  hansı  sosial  proqramların  geniləndirilməsinə ehtiyac var? Məcburi köçkün qadınların və uşaqların cəmiyyətə inteqrasiyası və rifahı üçün  məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi,  onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün vergidə güzəştlərin olması, faizsiz kreditlərin verilməsi ,komersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara münbit şəraitin yaradılmalıdır. Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə münbit şəraitin yaradılması məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri dedikdə məşğulluğun təmin edilməsi, sosial təminat,tibbi təminat ,təhsil hüququndan istifadə ,məşğulluq üçün avadanlıqlarla,və digər tədbirlər nəzərdə tutulur. Məcburi köçkün qadınlara sahibkarlıq üçün  torpaq sahələri ayrılması, kreditlər verilməsi və texniki yardımlar göstərilməsi və s".

Şərqiyyə Dadaşova məcburi köçkün qadınların inkişafı üçün bir sıra proqramların tətbiq edilməsini təklif edib:

 

 
 1. Peşə və Bacarıq İnkişafı Proqramlarına cəlb etmək
    •    Tikiş, toxuculuq, aşpazlıq, rəqəmsal bacarıqlar (kompüter kursları) kimi sahələrdə təlimlər.
    •    Sertifikatlı kurslar təşkil edib, iş tapmaqda kömək etmək.

2. Psixoloji Dəstək və Qadın Sağlamlığı ilə bağlı layihələrə cəlb etmək:
    •    Psixoloq və terapevtlərlə qrup terapiyası seansları.
    •    Sağlamlıq maarifləndirmə seminarları (xüsusilə stress, depressiya və qadın xəstəlikləri üzrə).

3. Sahibkarlıq və Kiçik Biznes Dəstəyi proqramlarına cəlb etmək
    •    Öz kiçik biznesini qurmaq istəyən qadınlar üçün mikro-kredit proqramları.
    •    Biznes planı yazmaq, marketinq bacarıqları üzrə mentorluq.

4. İcma İnteqrasiyası və Sosial Aktivlik:
    •    “Qadınlar üçün Liderlik” təlimləri.
    •    İcma tədbirləri (mədəniyyət günləri, sənət sərgiləri, əl işləri bazarı).

5. Rəqəmsal Platforma və Şəbəkələşmə:
    •    Onların bacarıqlarını və məhsullarını onlayn tanıda biləcəyi bir e-ticarət platforması yaratmaq.
    •    Onları yerli və beynəlxalq qadın platformalarına qoşmaq.
    
6. Hüquqi Maarifləndirmə:
    •    Qadınların hüquqları mövzusunda təlimlər (iş hüququ, ailə hüququ, sosial təminatlar).
    •    Hüquqi yardım xətti və ya hüquqşünasla məsləhət günləri.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı