Deputat Pərvanə Vəliyeva Xətai rayonunda səyyar vətəndaş qəbulu keçirib - FOTOLAR
Milli Məclisin deputatı Pərvanə Vəliyeva 31 may 2025-ci il tarixində, Xətai rayonunda səyyar vətəndaş qəbulu keçirib.
QHT.az xəbbər verir ki, Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə baş tutan görüşdə rayonun İ.Əbilov və Sadıqcan küçələrində yaşayan sakinlər iştirak edib.
Görüş zamanı deputat seçicilərinin müraciətlərini dinləmiş, fərdi və kollektiv ərizələrini qəbul etmişdir. Daha sonra millət vəkili sakinlərin müraciətləri ilə bağlı rayon ərazisində bəzi ünvanlara baxış keçirmiş, qeyd olunan məsələlərlə yerində tanış olmuşdur. Deputat sakinlərin problemlərinin həlli istiqamətində onlara müvafiq köməklik göstərəcəyini bildirmişdir.