Xəbərlər 03.06.2025 17:43 95

İstanbul-Naxçıvan-İstanbul reysi üzrə uçuşlara başlanılıb

Bu gündən Türkiyənin İstanbul şəhərindən Azərbaycanın Naxçıvan şəhərinə və əks istiqamətdə uçuşlara başlanılıb.

Reysləri qonşu ölkənin “AJet” aviaşirkəti həftədə iki dəfə olmaqla (çərşənbə axşamı və şənbə günləri) həyata keçirir.

Bakı vaxtı ilə saat 05.55-də İstanbuldakı Sabiha Gökçen beynəlxalq hava limanından səmaya qalxan təyyarə saat 09:05-də Naxçıvan aeroportuna enib.

Bu günə qədər Naxçıvan-İstanbul-Naxçıvan reyslərini “Türk Hava Yolları” şirkəti həyata keçirirdi və biletlərin qiyməti 300-600 manat arasında dəyişirdi. “AJet” üzrə qiymətlər isə 120 manatdan başlayır.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı