Xəbərlər 04.06.2025 09:23 67

Uşaq hüquqlarının müdafiəsi üçün vacib tədbirlər...

Azərbaycan Respublikasının Ali Məhkəməsinin 51.6-cı maddəsinə əsasən, uşağın həyat və sağlamlığına təhlükə yarada biləcək fəaliyyətlərlə bağlı məlumatlı olan vəzifəli şəxslər və yerli icra hakimiyyəti orqanları, uşağın hüquqlarının qorunması və müdafiəsi üçün müvafiq tədbirlər görməlidir.

QHT.az xəbər verir ki, bu barədə Hüquq və İnsan Haqları İnstitutundan bildirilib. Məlumata görə, uşaqların təhlükəsizliyini təmin etmək və onların hüquqlarını qorumaq hər kəsin məsuliyyətidir. Uşağın mənəviyyatına təhdid törədə biləcək fəaliyyətlər barədə məlumat alan şəxslər və müvafiq qurumlar, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanlarına təqdim etməlidirlər.

Bu qanunvericilik, uşaqların təhlükəsizliyini və hüquqlarını qorumaq məqsədilə atılan mühüm bir addım kimi nəzərdən keçirilir. Uşaq hüquqlarının müdafiəsi üçün bu cür qanuni tənzimləmələr, uşaqların gələcəyinin təminatıdır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı