Mərkəzi Bank tərəfindən valideyn himayəsindən məhrum uşaqlar üçün tədbir keçirilib - FOTOLAR
Mərkəzi Bank tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə valideyn himayəsindən məhrum uşaqlar üçün tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbir çərçivəsində Agentliyin 1 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin kinoteatra səfəri təşkil olunub.130 uşağın iştirak etdiyi tədbirdə cizgi filminin nümayişi keçirilib.
Əyləncəli və yaddaqalan anlarla keçən tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtının səmərəli təşkilinə və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək olub.