Xəbərlər 03.06.2025 21:41 102

QHT-nin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi davam edir - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin “Neftçala gəncləri üçün liderlik məktəbi” layihəsi davam edir.

QHT.az xəbər verir ki, Tofiq Sadıxov tərəfindən "Strateji qərarvermə" mövzusunda keçirilən təlimdə liderin strateji qərar verərkən diqqət etməli olduğu məqamlar, emosional və məntiqi qərarlar haqqında məlumat verilib. Daha sonra gənclər strateji qərarvermə bacarıqlarını yoxlamaq üçün 4 qrupa ayrılaraq "Birja" strateji komanda oyununu oynayıblar, strateji yanaşma və düzgün qərar vermə texnikaları mənimsəyiblər.

Növbəti təlim Fəxri Məhəmmədzadə tərəfindən “Emosional Zəka: Liderlik və Əlaqə Bacarıqları” mövzusuna həsr olunub. Təlimdə iştirakçılar emosional zəkanın liderlikdə və effektiv ünsiyyətdə rolunu, özünüidarəetmə, empatiya və qarşılıqlı əlaqənin qurulması kimi mühüm bacarıqlar üzrə praktik vərdişlər haqqında məlumat alıblar.

Təlimçi Nərgiz Seyidzadə tərəfindən keçirilən digər təlimdə iştirakçılar “İnsan Resurslarının idarə edilməsi” mövzusunda məlumatlandırılıblar. Təlim zamanı iştirakçılar insan resursları ilə kadr anlayışı arasındakı fərqlər, istedadların idarə olunması və əmək bazarının dəyişən tələbləri ilə tanış olublar. Gənclərə həm lokal, həm də qlobal əmək bazarına uyğun bacarıqların formalaşdırılması istiqamətində tövsiyələr verilib.

Qeyd edək ki, layihə gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı