WhatsApp faydalı yeni funksiya əldə edəcək: Ünsiyyəti necə dəyişəcək?
WhatsApp istifadəçilərə telefon nömrələri əvəzinə unikal istifadəçi adları ilə ünsiyyət qurma imkanı təqdim edəcək.
QHT.az xəbər verir ki, bu funksiya məxfiliyi artıraraq istifadəçilərin tanımadıqları şəxslərlə telefon nömrələrini paylaşmadan əlaqə qurmasına imkan verəcək. İstifadəçi adları 3-30 simvol arasında olacaq və yalnız kiçik hərflər, rəqəmlər və alt xətt simvollarından ibarət olmalıdır.
Yeni funksiya həmçinin axtarış funksiyasını asanlaşdıracaq və PIN kodu ilə təhlükəsizliyi artıracaq. WhatsApp bu xüsusiyyətin beta versiyasını 2025-ci ilin sonlarına doğru bütün platformalarda istifadəyə verməyi planlaşdırır. İstifadəçilər bu yeni funksiyanı istifadə etmək üçün WhatsApp-ı yeniləməli və mümkün beta testlərinə qatılmalıdır.
R.İmanov