"İrəvan gündəliyi" kitabı sərgidə nümayiş etdirilib - FOTOLAR
Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin keyfiyyət və kəmiyyət göstəricilərini nümayiş etdirmək məqsədilə 2025-ci il iyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib.
QHT.az xəbər verir ki, Brifinqdə "YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi İctimai Birliyi 2024-cü ildə icra etdiyi "İrəvan gündəliyi" kitabını təqdim etməklə iştirak edib.
Kitab iştirakçıların marağına səbəb olub. Sərgidəki materiallar Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim edilib.