Xəbərlər 12.06.2025 11:48 140

Kəmalə Aşumova: “Uşaqlıq dövrü işləmək deyil, oynamaq üçündür!”

Bugün 12 iyun- Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür.

Bu münasibətlə "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a verdiyi açıqlamada uşaqlıq dövrünün heç bir uşağa işləmək deyil, yalnız oynamaq və təhsil almaq üçün verildiyini vurğulayıb. QHT sədri bildirib ki, dünyada milyonlarla uşaq, yaşına uyğun olmayan və təhlükəli işlərdə çalışmaq məcburiyyətində qalır:

"Bu, yalnız uşaq hüquqlarının pozulması deyil, həm də gələcək nəsillərin ümidlərinin sönməsidir. Uşaqlar, təhsil almağa, sevilməyə, qorunmağa və oynamağa layiqdirlər. Uşaq əməyinə yox deyək və onlara layiq olduqları uşaqlığı birlikdə bəxş edək. Həmçinin, uşaq əməyinin istismarına qarşı mübarizə vacibdir. Uşağın evdə öz ailəsinə kömək etməsi və ya bir şey öyrənməsi başqa bir şeydir. Lakin uşaqların yaz və ya aylarında işlədilməsi, sağlamlıqlarına və təhlükəsizliklərinə mənfi təsir edən hallar olduğu halda, bu, əməyin istismarıdır."

Kəmalə Aşumova bu günün əhəmiyyətinə diqqət çəkərək, paylaşımlar edərək insanların mövzu ilə bağlı daha maarifləndirilməsi və düzgün anlayışa sahib olmalarını təmin etməyə çağırıb:

"Bu mövzuda məlumatlılıq yaratmaq, hər bir insanın məsuliyyəti olmalıdır. Uşaq əməyinə qarşı mübarizə, hər birimizin borcudur. Susma, səssiz qalan uşaqların səsi ol!".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı