Xəbərlər 11.06.2025 20:45 45

 Cəsarət Hüseynzadə: Qərbi Azərbaycan mövzusu beynəlxalq gündəmin də bir hissəsinə çevrilir

İyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib. Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, son 3 ildə bu mövzu qrant müsabiqələrinin prioritet istiqamətlərindən biridir. Bu dövrdə 50 QHT-nin 54 təşəbbüsü dəstəklənib, təşkilatlar BMT, ATƏT və digər beynəlxalq platformalarda bu məsələni gündəmə gətiriblər. Tədbirlər ABŞ, Belçika, Türkiyə, Qazaxıstan və digər ölkələri əhatə edib. Əliyeva qeyd edib ki, bu mövzuda QHT-lərin fəallığı indiyədək bu səviyyədə olmayıb və vətəndaş cəmiyyəti “Qərbi Azərbaycana qayıdış”ı milli ideyanın yeni hədəfi kimi qəbul edir.

İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Sherg.az-a bildirib ki, Qərbi Azərbaycan mövzusunda QHT layihələrinin ictimai təqdimatını əhatə edən brifinq bu mövzunun beynəlxalq ictimaiyyətdə daha sistemli şəkildə təqdim olunmasına xidmət göstərir:


"Bu layihələr təkcə say baxımından deyil, həmçinin keyfiyyət cəhətdən də xeyir dərəcədə uğurludur. Brifinqdə "Qərbi Azərbaycana qayıdış" mövzusunda icra edilən QHT layihələrinin fəaliyyətini əks etdirən sərgilər və resurlar mövcud idi. Eyni zamanda təqdimatda slaydlar vasitəsilə görülən işlər haqqında minimum məlumat verildi. QHT-lərin bu sahədəki artan fəallığı onu göstərir ki, Qərbi Azərbaycan mövzusu artıq yalnız milli deyil, beynəlxalq gündəmin bir hissəsinə çevrilməkdədir. Brifinqdə vurğulandığı kimi, QHT-lər ATƏT kimi nüfuzlu təşkilatların tədbirlərində iştirak edərək bu mövzunu gündəmə gətiriblər. Polşa, Belçika, Rumıniya və s. ölkələrdə "Qərbi Azərbaycana qayıdış" mövcud beynəlxalq forumlar, konfranslar keçirilib".

Ekspert qeyd edib ki, bu layihələrin hər biri Qərbi Azərbaycan həqiqətlərini fəal şəkildə gündəmə gətirir:
""Qərbi Azərbaycana qayıdış" mövzusunda layihələrin əsas əhəmiyyəti ondan ibarətdir ki, QHT diplomatik çevikliyi olan, dövlət diplomatiyasını tamamlayan yumşaq güc aləti ilə ictimai rəyi formalaşdırır".
Paylaş: 
 
 
  
Aynur Babazadə


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı