(olmuş hadisə)
Yuxusunda qəribə, qarışıq hadisələr burulğanına düşmüşdü. Sonda ağ geyimli, nurani bir qoca ona yaxınlaşaraq sakit aram səslə dedi:
Gözünü aç, ürəyindən keçənləri yaradandan istə. Bil ki, həyatda bütün varlıqlar, eyni zamanda sizin gəlmə kimi tanıdıqlarınız, ALLAHIN iradəsinə tabedir. Bir anda qeybə çəkilən qocanın sözlə ifadə edilə bilməyəcək ilahi siması, sanki onu sehirləmişdi. Gözünü açanda gördüyü mənzərədən bir daha heyrətə gəldi. Uçan boşqab pəncərənin qarşısında sakitcə dayanmışdı. Lap yaxınlıqda, cəmi bir neçə addımlıqdan onun yaşadığı otağa tərəf dalğavari işıqlı nur yenməkdə idi.
Ürəyində: “Onlar gəlirlər, hər şey bu görüşdə həlli olunmalıdır” dedi: Bir neçə saat əvvəl varlığına hakim kəsilən qorxu hissi yoxa çıxmışdı. Baş tutmaq üzrə olan görüşün həyəcanı müəmmalarla dolu idi. İnsana bənzər, bir qədər soyuq sima və uzun bədən quruluşuna malik olan məxluqlar artıq onun qarşısında idi. Onlar danışmırdılar, lakin bədən hərəkətləri, baxışları hər şeyi açıqca diqtə edirdi. İnsan beyni kainatın ən mürəkkəb və möcüzəli orqanlarından biridir.
Araşdırmalara görə,insan beynində 86 milyard neyron, yəni sinir hüceyrəsi var. Bu hüceyrələrin hər biri digər hüceyrələrlə minlərlə əlaqə yaradır. Beyin bir anın içində yüzlərlə hadisəni qəbul edə,təhlil edə və yaddaşda saxlamaq imkanına malikdir. İnsan beyni keçmişdə yaşadığımız hadisələri, gördüyümüz insanları, oxuduğumuz hadisələri, eşitdiyimiz səsləri və keçirdiyimiz hissləri bir saniyədə xatırlamaq qabiliyyətinə qadirdir.
Yaddaş, diqqət, düşüncə, qorxu, sevinc və təsəvvür beynin mürəkkəb fəaliyyətinin nəticəsidir. Bəzən insan illər əvvəl yaşadığı hadisəni elə canlı xatırlayır ki, sanki həmin anları yenidən yaşayır. Çünki beyin təkcə hadisələri yadda saxlamır, həm də onları duyğularla birləşdirir. Gəlmələrlə görüş məqamında nə vaxtsa oxuduğu məqalə yadına düşdü.
Oxumuşdu ki, uçan boşqabla gələnlər yer üzündən insanları təcrübə məqsədi ilə oğurlayıb öz planetlərinə aparırlar. Məni hansı aqibətin gözləyəcəyini unudaraq bu qeyri-məxluqların qarşısında diz çökdüm. Ağlaya-ağlaya onlara yalvarmağa başladım. Siz ey ALLAHIN yaratdığı varlıqlar, mənə düçar olduğum xəstəlikdən xilas olmaq üçün kömək edin. Məni, dörd körpə uşağımı, xəstə canla böyütmək əzabından xilas edin. Əminəm ki, siz xəstəliklərin müalicəsini yer üzündə yaşayan insanlardan daha yaxşı bilirsiniz.
Daha heç nəyi xatırlamıram. Səhər tezdən pəncərədən yataq otağıma düşən günəş şüaları düz gözümün içinə düşdüyündən, sanki mənə oyan deyirdi. Əl -üzümü yuyub acqarına “Eksprimentalni” xəstəxanasına yollandım. Bir gün sonra məlum oldu ki, məndə şəkər xəstəliyi yoxdur. Daha dəqiq olsun deyə ertəsi gün şəkər xəstəliyi üzrə ixtisaslaşmış 4 Saylı Şəhər Xəstəxanasına getdim. Qayğıkeş həkimlərin müayinəsindən sonra məlum oldu ki,məndə bu xəstəliyin əlamətləri belə yoxdur.
O an keçirdiyim hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Uçan boşqabla gələnlərin məni sağaltması bir insanı yaşatması,ona sağlamlıq bəxş edilməsi deməkdir. Edilən bu xeyirxahlığın əvəzində yad planetlilərə minnətdalığımı görən neçə çatdırım. Lakin mən əminəm ki,onlar məni görür, duyur və ürəyimdən keçən razılıq hissilərimi daha yaxşı bilirlər.
Hər şey üçün ALLAHIMA borclu olmaqdan başqa isə əlimdən bir şey gəlmir!
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev







