Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçi Marin Sanudonun Gündəliklərində” adlı nəşrin hazırlanması layihəsi çərçivəsində “Şah İsmayıl və Şah Təhmasib venesiyalı salnaməçi Marin Sanudonun “Gündəliklər”ində” adlı kitab nəşr edilib.
“Təhsil” nəşriyyatında işıq üzü görmüş 256 səhifəlik kitabda Marin Sanudonun “Gündəliklər”ində I Şah İsmayılla bağlı və I Şah Təhmasibin hakimiyyəti dövrünün ilk 10 ilinə dair 360 sənədin Azərbaycan dilinə tərcüməsi yer almışdır. Mənbənin doğma dilimizə tərcüməsi ilə bərabər, əsərdə bəzi məlumatların aydınlaşdırılması məqsədilə izah və şərhlər verilib.
Kitabda yer alan sənədlərin əksəriyyəti Osmanlı-Səfəvi münasibətləri ilə bağlıdır. Bununla bərabər, topluya daxil olan bir çox sənədlər Səfəvilər dövlətinin Misir Məmlük dövləti, Şeybanilər dövləti və Zülqədəroğulları bəyliyi, həmçinin Venesiya Respublikası, Macarıstan krallığı və Müqəddəs Roma imperiyası ilə qarşılıqlı əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.
“Elm və Təhsildə İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Quliyev bildirib ki, kitabın yaxın günlərdə elmi ictimaiyyətə təqdimatı təşkil ediləcəkdir.







