Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov Polşanın Konstitusiya Tribunalının (KT) səlahiyyətləri, hakimiyyət bölgüsü və Konstitusiya Məhkəməsinin dövlət idarəçiliyində rolu haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri açıqlayıb:

"Polşanın konstitusiya tribunlalı (KT) bizim də daxil olduğumuz regionun konstitusiya məhkəmələrindən ciddi sirətdə fərqlənir. KT hakimiyyət qolları arasında balans yaradan, icra, qanunvericilik və məhkəmə hakimiyyətinə azacıq da olsa səlahiyyətini aşmağa imkan verməyən, geniş səlahiyyətə malik təsisatdı.

Polşanın konstitusiya tribunalı bizim KM dən fərqli olaraq yalnız sorğu əsasında fəaliyyət göstərmir. İstənilən qanunvericilik aktını, inzibati qərarı icraatına götürüb baxa bilir. Varşava və Polşanın digər şəhərlərində olmuş hər kəs görüb ki, o şəhərlərdə pullu parklama yoxdur. Varşavanın marşalı (meri) pullu dayanacaqla bağlı qərar vermişdi, KT onu konstitusiyaya zidd oıan inzibati qərar kimi ləğv etdi. Çoxsaylı belə qərarları var. Ona görə hazırda Polşada baş verənlər ciddi hakimiyyət böhranına gətirib.

p.s. AYNA üçün təklifim var. Bizim Konstitusiya Məhkəməsinin qarşısında olan parklama yeri hələ də pullu deyil".