"Qrant haqqında" qanuna dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılır - MƏTN
Milli Məclisin növbəti iclası oktyabrın 11-də keçiriləcək və gündəliyə 30 məsələ daxil edilib.
QHT.az xəbər verir ki, iclasın gündəliyinə təklif olunan məsələlərdən biri də “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUdur.
QHT.az təklif olunan qanun layihəsini təqdim edir.
11 oktyabr 2022
Layihə
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 1; 2009, № 8, maddə 611; 2013, № 3, maddə 215; 2014, № 2, maddə 82, № 11, maddələr 1358, 1369; 2017, № 3, maddə 335; 2019, № 1, maddə 27; 2020, № 8, maddə 1019) 3-cü maddəsinə aşağıdakı məzmunda 2-2-ci hissə əlavə edilsin:
“2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.
Azərbaycan Respublikasının Prezidenti