Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi könüllülük proqramı elan edir
Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi, gələcək nəsilə inkişaf imkanları təmin etmək məqsədilə geniş ictimai əməkdaşlıq və könüllülük əsasında fəaliyyət göstərir. Bu məqsədlə, birliyimiz yeni layihələrimizi daha irəlilətmək və daha geniş təsir göstərmək məqsədilə könüllülük proqramını elan edir.
Bu proqramın əsas məqsədi Qarabağda baş vermis müharibə cinayətlərini, eyni zamanda bu günki gündə dövlətimiz tərəfindən həyata keçirilən yenidənqurma və inkişaf proseslərini beynalxalq ictimaiyyətin nəzərində saxlamaq üçün fəaliyyətlərimizi gücləndirmək və əməkdaşlığı daha da təkmilləşdirməkdir.
Könüllülərimiz müxtəlif sahələrdə fəaliyyət göstərir və layihələrimizi həyata keçirməyə kömək edir. Bu fəaliyyətlər əsasən Qarabağ haqqında araşdırılmaların aparılması, məqalələrin yazılması, tərcüməsi, layihələrin təşkilində dəstək və digər bir çox sahəni əhatə edir. Könüllülərimiz ayrı-ayrı bacarıqlarını və təcrübələrini ortaya qoyaraq, birliyimizin missiyasını daha effektiv şəkildə yerinə yetirməyə yardım edirlər.
Könüllülük Proqramına Qoşulmaq:
Könüllülük proqramımıza qoşulmaq istəyənlər və ya daha çox məlumat almaq üçün +994515678117 nömrəsi ilə əlaqə saxlaya bilərlər.