Xəbərlər 22.12.2023 00:17 1854

“Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı Qazax rayon turnirinin üçüncü günü - FOTOLAR

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “Əsrə Sığmayan Ömür, Heydər Əliyev-100” adlı layihəsinin  icrası çərçivəsində 19.12.2023 – cü il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verib.

QHT.az xəbər verir ki, dekabrın 21- də turnirin üçüncü mərhələ oyunu keçirilib. İlk olaraq Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların əziz xatirəsi  bir dəqiyqalıq sükütla yad edildi. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Qazax rayon  gəncləri ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin xatirəsini daim yad etmək, gənclərin vətənə və dövlətə bağlılığın artırılması, gənclərə sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkilidir.

Daha  sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin məsul işcisi İbrahimov Anar  turnir iştirakçılarına uğurlar arzuladı və bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırıb.

Turnirin üçüncü günündə 2 komanda güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərin nəticəsi aşağıdakı kimi olub:

1) Şəhər №1 – Məktəb Lisey    0 - 2 

Məktəb Lisey komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

22.12.2023-cü il tarixdə 4 mərhələ oyunları keçiriləcəkdir.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı