Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.
QHT. az Kult.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.
Qeyd edək ki, jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.