Xəbərlər 16.02.2024 12:41 2869

Yuxusuzluq insanların müsbət məlumatlara cavab verməsinə maneə törədir

Amerikalı psixoloqlar insanların həyatının emosional sferası ilə bağlı daimi yuxu çatışmazlığının daha bir mənfi nəticəsini aşkar ediblər.

QHT.az xəbər verir ki, yuxusuzluq bütün növ bioloji və psixoloji proseslərə təsir edir. Tədqiqat müəllifi Jared Minkel deyir: "Bir klinik psixoloq olaraq, mən həmişə pis yuxunun emosiyalara necə təsir etdiyi ilə maraqlanmışam, çünki bunun psixi sağlamlıqla çox əlaqəsi var" dedi.

Alimlər könüllülərdə emosiyaların müxtəlif təzahürlərini qeydə alıblar. Testlər göstərdi ki, yuxu çatışmazlığı olanda insanlar müsbət emosiyalar oyatmalı olan məlumatlara daha az reaksiya verirlər. Psixoloqlar belə nəticəyə gəliblər ki, daimi yuxu çatışmazlığı insanları sevinc və yumor kimi müsbət emosional stimullardan məhrum edə, onları mənfi təcrübələrlə baş-başa qoya bilər. Bu, insanın psixi sağlamlığına və ümumi rifahına mənfi təsir göstərə bilər.

Alimlər sağlam emosional reaksiyaları qorumaq üçün mümkün olduqda ən azı 7-8 saat yatmağı tövsiyə edir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı