Xəbərlər 18.03.2024 20:17 3305

184 kommersiya mübahisəsi müsbət həll olunub

184 kommersiya mübahisəsi “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanında müsbət həll olunub.

QHT.az xəbər verir ki, sahibkarlar kommersiya mübahisələrinin məhkəməyə getmədən həlli üçün “Bakı KOB Evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər. Sahibkarlıq fəaliyyəti zamanı yaranan mübahisələrin tərəflərin qarşılıqlı və könüllü istəyi ilə məhkəməyə getmədən həlli məqsədilə biznes subyektləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Mediasiya Şurasının əməkdaşlığı çərçivəsində “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.

2023-cü ildə “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına kommersiya mübahisələri üzrə daxil olmuş müraciətlərin əksəriyyəti məhkəməyə getmədən, mediasiya yolu ilə öz müsbət həllini tapıb. Belə ki, ötən il “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına daxil olmuş kommersiya mübahisələrinin 184-ü üzrə tərəflər arasında barışıq sazişi imzalanıb.

Qeyd edək ki, mediasiya - mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Kommersiya mübahisələrinin həlli üçün də mediasiya tərəflərin könüllü əsaslarla müraciətinə əsaslanan effektiv həll metoddur. İşgüzar mübahisələrin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin və kommersiya sirrinin yayılmasının qarşısını alır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı