Xəbərlər 05.03.2024 12:00 4318

QHT nümayəndəsinin 50 illik yubileyidir

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin nümayəndəsi Telman Məmmədov 50 illik yubileyidir.

QHT.az xəbər verir ki, təşkilat rəhbəri 5 mart 1974-cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. Telman Məmmədov 2005-2013-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktor müavini olarkən, müxtəlif verilişlərin müəllifi, aparıcısı olub. 2013-2016-cı illərdə "Axar.az” xəbər saytının redaktoru, həmçinin "Kaspi” qəzetinin rus redaksiyasında şərhçi olub.

O, hazırda "Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin nümayəndəsi, "Miqrasiya Əməkdaşlıq Platforması” İşçi Qrupunun rəhbəri, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı olmaqla yanaşı, jurnalist fəaliyyətini də davam etdirir. 2016-cı ildə qurduğu "Aktor.az” xəbər saytına rəhbərlik etməklə birgə, həmçinin "Xalq Cəbhəsi” qəzetinin redaktoru, "AXC TV” internet televiziyasının "Azad meydan” verilişinin aparıcısıdır.

Telman Məmmədov həmçinin jurnalistika sahəsində səmərəli fəaliyyətinizə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli Sərəncamı ilə "Tərəqqi” medalına, habelə bir sıra ictimai ödüllərə layiq görülüb.

QHT.az bu xüsusi günlə bağlı Telman Məmmədovu təbrik edir, ona möhkəm cansağlığı, yaradıcı və ictimai fəaliyyətində yeni uğurlar diləyir!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı