Xəbərlər 06.03.2024 12:08 1339

Şəhidimiz Cavid Həsənovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2006-2010-cu illərdə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan Cavid Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 20-də Hadrutun azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Cavid Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı