Xəbərlər 14.03.2024 16:16 1051

Yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib

Bu ilin yanvar-fevral aylarında DOST mərkəzlərində 139 min vətəndaşa xidmət göstərilib.

 

DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq ötən il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılıb. Beləliklə, DOST mərkəzlərinin sayı 7-ə çatıb.

 

Bu mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

 

Ümumilikdə ötən dövrdə DOST mərkəzlərində 2,1 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir.

 

Bu ilin iki ayında “142” Çağrı mərkəzi tərəfindən isə 290 min vətəndaş müraciəti cavablandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı