Xəbərlər 14.03.2024 19:29 1257

"Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir" - EKSPERT

"Sözügedən Parlamentdə “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı dünən qəbul edilən yeni qərəzli qətnamə sözügedən qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq etdi".

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, qətnamədə siyasi etik normalardan kənara çıxan təhqiramiz ifadələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid etmə cəhdlərinin olması qurumun ölkəmizə qarşı qərəzini aydın şəkildə göstərir: "Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həmçinin regionda Avropa dəyərlərinə ciddi zərbə vurur. Dəyərləri qorumaq lazımdır, cənablar".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı