Xəbərlər 14.03.2024 20:24 11736

Pərvanə Vəliyeva  BMT-nin “Silahlı Münaqişələr zamanı Uşaq Hüquqları” adlı sessiyasında çıxış edib

13 mart tarixində vətəndaşı cəmiyyəti fəalı Pərvanə Vəliyeva Cenevrə şəhərində BMT-in İnsan hüquqları üzrə 55-ci sessiyası zamanı keçirilən “Silahlı Münaqişələr zamanı Uşaq Hüquqları” adlı plenar sessiyada çıxış edib.

O, bildirib ki, uşaqlar heç bir cinayətin və ya terrorun qurbanı olmamalıdırlar. Beynəlxalq hüquqi sənədlərdə uşaq hüquqlarının müdafiəsi və müharibə dövründə onların təhlükəsizliyinin təmin edilməsi normaları müəyyən edilmişdir. Buna baxmayaraq, son 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı uşaqların hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.

P. Vəliyeva qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı erməni əsirliyindən azad edilmiş 1480 azərbaycanlı arasında 224 uşaq da var idi. Erməni əsirliyində qaldıqları müddətdə bir çox zorakılıq hallarına məruz qaldıqları üçün bu uşaqlar bütün həyatları boyu travma alıblar. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən 71 uşağın taleyi hələ də məlum deyil. 1992-ci il Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən 613 nəfər, o cümlədən 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. İnsanlığa qarşı törədilmiş bu cinayət nəticəsində 76 uşaq ağır yaralanmış və valideynlərini itirmişdilər. O, həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən 693 məktəb və 855 uşaq bağçası dağıdılmış, minlərlə uşaq məktəbə gedə bilməmişdir.

Sonda P. Vəliyeva BMT-ni Uşaqların Hüquqlarının qorunması üzrə Konvensiyanın tələblərini pozduğuna görə Ermənistana təzyiq göstərməyə və Azərbaycan uşaqlarına qarşı törədilmiş 30 illik cinayətə görə təzminat ödəməyə çağırıb.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı