Xəbərlər 15.03.2024 21:38 2598

BSU-nun rektoru Türk Dil Qurumunun rəhbəri prof. Osman Merti qəbul edib

Martın 15-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türk Dil Qurumunun rəhbəri prof. Osman Merti qəbul edib.

Rektor Anar Nağıyev qonağı salamlayaraq, onu BSU-da görməkdən məmnunluğunu ifadə edib. Anar Nağıyev BSU-nun tarixi, universitetdə tədris və tədqiqatların vəziyyəti barəsində ətraflı məlumat verib. Rektor BSU-da türk dilinin tədqiqinin mühüm yer tutduğunu qeyd edərək bu ali təhsil müəssisəsində Türk araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin və Türkologiya kafedrasının fəaliyyət göstərdiyini bildirib. BSU-nun Türkiyə universitetləri ilə geniş əlaqələrinin olduğunu deyən A. Nağıyev ötən ilin 31 oktyabr tarixində BSU-nun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” konfransı çərçivəsində xarici panel təqdimatları Mərmərə Universitetinin Türk Araşdırmaları İnstitutunda baş tutduğunu diqqətə çatdırıb.

Türk Dil Qurumunun rəhbəri prof. Osman Mert səmimi qəbula görə təşəkkür edərək, qurumun tarixindən, fəaliyyət istiqamətindən söz açıb. Qonaq Türk Dil Qurumu ilə BSU arasında əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Görüşdə mümkün əməkdaşlıq imkanları, elmi nəşrlərin mübadiləsi, tədqiqat layihələrinin, o cümlədən birgə konfransların həyata keçirilməsi məsələləri müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı